Bir neçə ay öncə Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il dünya azərbaycanlıları üçün "Cümhuriyyət ili" elan olundu və ondan sonra bütün dünyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 yaşı təntənə ilə qeyd edilir.
Modern.az-ın məlumatına görə, Türkiyədə insanlar AXC-nin 100 illiyini öz bayramları kimi qeyd edirlər.Xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin Türkiyə səfərindən sonra qardaş ölkədə bu istiqamətdə böyük addımlar atılır.
Elə Türkiyənin məşhur cərrahları da həmin səfərdən sonra çox maraqlı videoçarx hazırlayıblar.
Diaspor fəalı Sənan Quliyev hazırladıqları videoçarxı saytımıza təqdim edib.