Ermənistan XİN: “Əliyevlə Paşinyan arasında görüş barədə razılıq yoxdur”

Ermənistan XİN: “Əliyevlə Paşinyan arasında görüş barədə razılıq yoxdur” backend

Brifinqdə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, Ermənistan və Azərbaycan XİN başçılarının görüşü barədə razılaşma yoxdur.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, onun sözlərinə görə, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş barədə razılaşma yoxdur.

“İyunun 13-də həmsədrlər Ermənistana gələcək, XİN başçısı ilə görüşəcəklər. Bu, faktiki olaraq, onların respublikanın yeni rəhbərliyi ilə ilk görüşü olacaq. Bundan sonra növbəti addımlar müəyyənləşdiriləcək”, - T.Balayan deyib.
Diaspora