İran çəkilsə, ABŞ BAZASI BAĞLANACAQ

İran çəkilsə, ABŞ BAZASI BAĞLANACAQ backend

İranın dəstəklədiyi milsiərin Suriyanın cənubunu tərk etməsi müqabilində Əsəd rejiminin sərhədləri nəzarətinə almasına dair İsrail-Rusiya razılaşmasından sonra Moskva rəhbərliyi, indi də ABŞ ilə razılığa gəlməyə hazırlaşır.

London nəşr olunan Ərəb qəzeti “Eşark Əl Evsat”-a məlumat verən diplomatik qaynaqlar, ABŞ dövlət katibinin müavini David Satterfieldin Rus və İordaniyalı nümayəndələrə "İran çəkilsin, biz də Tanftaki Amerika bazasını bağlayaq" təklifini etdiyini deyib. İranlı milislərin İordaniya sərhədindən 20-25 kilometr qədər geri çəkiləcəyini və Tanftaki müxaliflərin silahlarını Ruslara təslim edərək İdlibə gedəcəyini bildirən mənbə, Pentaqona məxsus hərbi bazanın bağlanaraq İordaniya sərhədinin nəzarətinin yenidən Əsəd rejiminə keçəcəyini ifadə edib.

KOMİSSİYA QURULACAQ

Suriyanın cənubuna Rus hərbi polisi yerləşdiriləcəyini qeyd edən mənbə, bütün bunların həyata keçirilməsi üçün Moskva ilə Vaşinqton arasında komissiya xarakterli ümumi bir nəzarət mexanizmi yaradılacağını dilə gətirib.

Əsəd 3 milis qrupunu ləğv etdi


Suriyanın cənubunun İranlı milislərdən təmizlənilməsi müqabilində Deraa və Kuneytraya əməliyyat keçirməsinə yaşıl işıq yandırılan Əsəd rejimi, xoş niyyət əlaməti kimi, məzhəbçi milis qruplarını ləğv edib. Rejimə yaxınlığı ilə tanınan “Al Masdar”-ın xəbərinə görə, Dəməşq rəhbərliyi, Milli Müdafiə Qüvvələri (NDF), Suriyalı Dənizçilər və Hərbi Qalxan Gücləri adlı qrupların varlığına son qoyulub.

Müxalifət.az
Diaspora