Bəşşar Əsəd PKK/PYD TERRORÇULARINA MUXTARİYYAT VƏD EDİB

Bəşşar Əsəd PKK/PYD TERRORÇULARINA MUXTARİYYAT VƏD EDİB backend

Suriyada rejim lideri Bəşşar Əsəd, bir tərəfdən ölkənin şimaldakı işğalçı terror təşkilatıyla mübarizə görüntüsü yaratmaqla,digər tərəfdən PKK-nın Suriya uzantılarıyla çirkli bazarlıqları davam etdirir.

Əsəd rejimi terror təşkilati ilə neft mübadiləsi anlaşmasından sonra indi də YPG/PYD terrorçularına muxtariyyət vədi verib.

Bir-biri ilə mübarizə görüntüsü yaradan Əsəd rejimi ilə terror təşkilatı PYD, gizli sövdələşmələrlə çirkli ssenarilər planlaşdırır. Daha əvvəl də aldadıcı döyüş görüntüsü verən terror təşkilatı ilə rejim, son olaraq, PYD-nin işğalı altında olan Qamışlıda bir araya gəlib. Rejimə bağlı bir heyət və terror təşkilatının nümayəndələrinin keçirdiyi görüşdə tərəflər arasında terror təşkilatının nəzarətindəki bölgələrdə muxtar idarəetmə hüququ tanınması məsələsinin müzakirə olunduğunu və bundan sonra da danışıqların davam etdirilməsi qərarı verildiyi açıqlanıb. Görüşün detalları isə gizli saxlanılıb.

Müxalifət.az
Diaspora