İsrailin Yaxın Şərqdə F-35-Ə, ya da ən azından F-35-in üstün xüsusiyyətlərinə malik yeganə ölkə olaraq qalmaq üçün Türkiyəyə bu təyyarələrin satılmaması üçün ABŞ-a təzyiq etdiyini deyən ekspert Yeşiltaş, İsrailin bölgədəki güc balansının dəyişməsindən qorxduğu üçün Türkiyənin əlinə F-35-lərin keçməsini istəmədiyini bildirib.
Rusiyanın “Sputnik” agentliyinə açıqlama verən geosiyasət eksperti Murad Yeşiltaş, "İsrail ABŞ-ın Türkiyəyə F-35 təyyarələrini verməsi ilə bağlı spekulyasiya etməkdədir. Bu, İsrailin bir strategiyasıdır. Bildiyiniz kimi, Türkiyə bu layihədə mühüm rol oynadı, İsrail isə yox. Üstəlik, Türkiyə, 30-dan çox F-35 təyyarəsi alanda bölgədəki tarazlıq gücü dəyişəcək. İsrailin bunu problem kimi görməsinin başlıca səbəbi də budur" deyib."İSRAİL, TÜRKİYƏNİN MÜDAFİƏ İMKANLARINDAN NARAHATDIR”
İsrailin Türkiyənin müdafiə imkanlarından narahat olduğunu deyən ekspert, "Türkiyədəki son 15 ilə nəzər salsaq, Türkiyə müdafiə sənayesinin regionun digər ölkələrinə görə, yüksəlişdə olduğunu asanlıqla deyə bilərik. Bu baxımdan milli məhsulun Türkiyənin müdafiə sənayesinin önəmli bir parçası olduğunu hesab edirəm" deyə, bildirib.
"MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ TÜRKİYƏ İLƏ İSRAİL ARASINDA RƏQABƏT VAR
Türkiyənin hərbi ehtiyaclarının 57 faizi Türk müdafiə sənayesi tərəfindən təmin edildiyinə diqqət çəkən Yeşiltaş, "Bu çox əhəmiyyətlidir və İsrailin müdafiə imkanları ilə müqayisədə Türkiyə, öz texnologiyalarının inkişafı prizmasında daha yaxşı mövqedə yerləşir. Eynisini, Rusiya kimi ölkələrlə əməkdaşlıq üçün də deyə bilərik. Bu səbəblə, yalnız müdafiə texnologiyaları deyil, müdafiə sənayesi sahəsində Türkiyə və İsrail arasında rəqabət olduğunu asanlıqla deyə bilərik" deyə, şərh edib.
Bundan başqa, Türkiyənin Rus hava müdafiə raket sistemlərini alma istiqamətindəki strateji qərarla bağlı da bir rəqabətin söz mövzusu olduğunu dilə gətirən Yeşiltaş, bu ifadəsinə belə aydınlıq gətirib: "S-400 raket sistemi, Türkiyə müdafiəsinin mühüm strateji sistemlərindən biridir və əgər 2019 sonlarında bu sistem alınarsa, bu, Türkiyənin milli təhlükəsizliyini qorumaq və regionun digər ölkələrinin hərbi imkanları baxımından radikal bir dəyişiklik olacaq. Bu, həmçinin Türkiyə və Rusiya arasındakı münasibətin inkişafına da bir işarədir”.
Müxalifət.az