Bolqarıstandan QALMAQAL İRQÇİLİK

Bolqarıstandan QALMAQAL İRQÇİLİK backend

Bolqarıstanda keçmiş Zağara Rayon Bələdiyyəsi, Türk-Ərəb əsilli olduğu üçün 838 yer adını Bolqar isimlərlə əvəzləyib.

Bolqarıstanın cənub-şərqindəki keçmiş Zağara Rayon Bələdiyyə Məclisi, şəhərə bağlı 51 kənddə Türk-Ərəb əsilli olduğu üçün 838 yer adını Bolqar isimlərlə əvəzləyib.
Xəbərə görə, Bələdiyyə Məclisi, sağ ekstremist, irqçi və millətçi partiyaların hazırladığı, bəzi yerlərin adlarının dəyişdirilməsini nəzərdə tutan qərarı təsdiq edib.
Qərara əsasən, adları Türk-Ərəb əsilli olduğu iddia edilən 51 kənddə olan 838 yerə Bolqar adlar verilib.

Qərarı, Türk-Ərəb mənşəli yer adlarının müasirləşdirilməsi ilə əsaslandırıblar.
Bolqarıstan Müsəlmanları İdarəsi, Bələdiyyənin qərarına təpki göstərib.
Müsəlmanlar İdarəsi, yayımladığı bəyanatda, keçmiş Bələdiyyə Məclis qərarının, ölkədə 1989 ilə qədər hakimiyyətdə olan devrilmiş diktator Todor Jivkov rejiminin ölkədəki Türk və Müsəlmanlara qarşı apardığı assimilyasiya kampaniyasını xatırlatdığını bildirib.

Qərardan böyük narahatlıq duyulduğu qeyd olunan bəyanatda, "Dilin təbii sahəsinə siyasi bir istila olan qərar, Bolqarıstandakı çox mədəniyyətli cəmiyyətin dini və etnik tolerantlıq anlayışını zədələyəcək" deyə, qeyd olunub.

Müxalifət.az
Diaspora