İngilis qəzetdən “ƏRDOĞAN QALİB GƏLƏCƏK” AÇIQLAMASI: YENİ TÜRKİYƏ DOĞACAQ

İngilis qəzetdən “ƏRDOĞAN QALİB GƏLƏCƏK” AÇIQLAMASI: YENİ TÜRKİYƏ DOĞACAQ backend

İngiltərənin “Finansial Tayms” qəzeti, prezident Ərdoğanın seçkilərdən sonra yeni bir Türkiyə inşa edəcəyini yazıb.

Türkiyədə 24 iyunda keçiriləcək seçkilər dünya ictimaiyyəti tərəfindən də yaxından izlənilir.

Almaniyanın baş kansleri Angela Merkel, prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdən sonra dərhal ölkəsinə dəvət edərək nəticələrin müəyyən olduğunu dolayısı ilə ortaya qoymuşdu. Ölkədə nəşr edilən qəzetlər də Ərdoğanın qalib gələcəyinə qəti gözlə baxırlar.

ƏRDOĞANIN QƏLƏBƏSİ

Almanlardan gələn bu dəvətdən sonra İngiltərədə nəşr edilən qəzetlər də Ərdoğanın qələbəsinin yaxın olduğunu yazmağa başlayıb.
Ölkədə nəşr olunan “Financial Tayms” qəzetində çıxan yazıda, müxalifətin bu seçkiləri çox ciddiyə aldığı, ancaq Ərdoğanın qalib gələcəyinin ortada olduğu bildirilib.

YENİ SİSTEM, YENİ TÜRKİYƏ

Yazıda, "Ərdoğanın qələbə qazandığı təqdirdə Türkiyədəki idarəçilik sistemində köklü dəyişikliklər üçün düyməyə basılacaq. Hazırda baş nazirə bağlı bütün nazirliklər və təşkilatlar prezidentə tabe olacaq və yeni hökumət kabineti də Məclisdən kənarda olan şəxslərdən seçiləcək.
Yeni sistemlə yeni bir Türkiyənin inşa edildiyinin bildirildiyi yazıda, Türkiyədəki seçki prosesinin 2019-cu il mart ayına qədər davam edəcəyinə də yer verilib.

Müxalifət.az
Diaspora