Fransa prezidenti Emmanuel Makron, birtərəfli xəbər yaydığı üçün “Russia Today” müxbirlərinin Prezident Sarayına girişini qadağan edib.
“Russia Today”-in xəbərdə tərəf tutduğunu bir neçə dəfə tənqid edən Makron, Fransız mətbuat kartına sahib olan və akkreditasiya prosesini həyata keçirən “Russia Today” müxbirlərinə Saraya girişinə qadağa qoyub.Yelisey sarayında başqa ölkə müxbirləri kimi, mətbuat mənsubu olaraq mətbuat giriş nöqtəsinə gedən “RT” müxbirləri polis tərəfindən əngəllənib. Müxbirlərin gizli çəkiliş ilə həyata keçirdiyi və yayımladığı görüntülərdə polisin "Prezidentin göstərişi qətidir. Saraya daxil olmağınızı istəmir” dediyi görünür.
“Russia Today” müxbirlərinin saraya girə bilməyəcəyini deyən polis məmurları mətbuat nümayəndələrini qapıdan qovur. Qovulma hadisəsindən sonra çaşqına dönən “RT” müxbiri Kyrill Kotikov, qatıldığı bir radio proqramında, "Nə zamandan bəri bir prezident kimin jurnalist olub, olmadığına qərar verir? Üstəlik, biz əcnəbi da deyilik, Fransız mətbuat kartına sahib Fransız jurnalistiyik" deyə, bildirib.
Müxalifət.az