İsrail ordusunda panika: MƏŞHUR “DƏMİR GÜNBƏZ” AXSADI

İsrail ordusunda panika: MƏŞHUR “DƏMİR GÜNBƏZ” AXSADI backend

Fələstinli müqavimət qruplarının İsrailin cənubuna qarşı raketlə hücumunu bəhanə edən İsrail ordusu, Qəzzaya gecə əməliyyatı keçirib. “Həmas” hücumlara raketlərlə cavab verib. İlk dəfə İsrailin məşhur “Dəmir Günbəz” hava müdafiə sisteminin axsaması İsraildə təşvişə səbəb olub.


DƏMİR GÜNBƏZ HƏDƏFİ VURA BİLMƏDİ

İki gündür Qəzza sərhədində hərbi güc yığan İsrail ordusu, dünən gecə, Fələstinli müqavimət qrupları “Həmas” və “İslami Cihad”a aid hərbi hədəflərə qarşı əməliyyat keçirib. Hücum əməliyyatında şəhərdə aralarında insansız hava vasitəsi (İHA) mərkəzi, raket istehsal emalatxanası, hərbi bazalar və inşası davam edən sərhəd tunelinin olduğu cəmi 60 mövqe hədəfə alınarkən, Fələstin dirənişçiləri də İsrailin cənubunu bombalayıb. İsrailin “Dəmir Qübbə” adlı hava müdafiə sistemi, ilk dəfə Qəzzadan gələn raketləri vura bilməyib və nəticədə “Həmas”ın hücumunda 3 İsrail əsgərin yaralandığı bildirilib. İsrail ordusunun hücumları səhər 05.44-ə qədər davam edib. Hərəkat zamanı axsayan “Dəmir Günbəz” haqqında “Jerusalem Post” qəzetinə məlumat verən hərbi rəsmiləri, dirənişçilərin atdığı raketlərin 25 faizinin vurula bilinmədiyini etiraf edib.

Müxalifət.az
Diaspora