Suriyanın şimalındakı “terror dəhlizi” planı Türkiyənin müdaxiləsi nəticəsiz olduqdan sonra ABŞ, indi də bu planı Suriyanın cənubunda həyata keçirməyə qərar verib. Artıq cənubda yeni terror təşkilatları qurulur. Raqqadan çıxarılanan İŞİD komandirlərinin hazırda yerləşdiyi Əl Tanfda bir çox terrorçulara təlim verilir.
ABŞ bununla da İŞİD terrorunu bəhanə edərək Suriyada qalmağın zəminini hazırlayır. Cənubda düşünülən yeni dəhliz eyni zamanda İraq neftlərini Ağ dənizə çatdıracaq bir marşrut olacaq.Suriyanın Deyrizor zonasında 4 Rus əsgərinin öldürüldüyü hücumda ABŞ barmağının olduğu şübhəsi get-gedə güclənir. Hücumu İŞİD-lə yanaşı ABŞ-ın Əl Tanf düşərgəsində təlim verdiyi və "mötədil müxalif” kimi təqdim etdiyi silahlı qrupların keçirmiş ola biləcəyi bildirilir. Son hadisə ilə birlikdə gözlər, ABŞ-ın Suriyanın cənubunda fəaliyyət göstərdiyi yeganə sahə olan Əl Tanf bazası və buradakı fəaliyyətlərinə çevrilib.
Xatırladaq ki, ABŞ nəzarətindəki Əl-Qaidənin davamı olan terrorçu ünsürlər, qısa bir müddət əvvəl, İdlib üzərindən Lazkiyedəki Rus hərbi bazasına bomba yüklü kamikadze pilotsuz İHA-larla hücum etmiş, bu planlı təcavüz Türkiyənin dəstəklədiyi müxalif qrupların üstünə yıxılmaqla Moskva ilə Ankaranın münasibətlərini korlamağa çalışmışdı. Ancaq Rusiya bu qədər inkişaf etmiş texnologiya tələb edən bir hücumu Azad Suriya Ordusunun(ASO) imkanı xaricində olduğunu anlayaraq, bunun Suriyada İŞİD-dən başqa, ABŞ dəstəkli terrorçu qruplar tərəfindən edildiyi qənaətinə gəlmişdi.
ORANIN ASO İLƏ ƏLAQƏSİ YOXDUR
Son dövrdə diqqətlərin kökləndiyi Əl Tanf terror bazası, İŞİD bəhanəsi ilə Amerikanın Suriyada qalmaq zəmini və yeni terrorçu mexanizmlərinin mərkəzi kimi görünür. Tanf bölgəsi, Holan Təpələrinin cənub-şərq istiqamətindəki kiçik bir sahə ilə birlikdə, Suriyanın cənubunda müxalifətin əlində qalan son iki sahədən biridir. Hazırda ABŞ və İngiltərənin bazaları yerləşən Tanfaa mötədil müxalif qruplara yönəlik təlim fəaliyyətləri davam etdirilir. Bu qruplar isə Türkiyə və ASO tərəfindən qəbul edilməyən və ABŞ-ın pulla təşkil etdiyi terror qrupları kimi tanınır.
DEYRİZORDAN HAYFAYA.
Tanfda "müxaliflərə təlim verdiyini iddia edən ABŞ", bütün qruplara bərabər məsafədəyik görüntüsü yaratmaqla, əslində əməliyyat döyüşçüləri hazırlayır. Düşərgədə Əl-Qaidənin davamçılarından başqa, Raqqadan, Deyrizorun qərbindən və Holan Təpələrinin yaxınlarından gətirilən İŞİD-çı terrorçular da yerləşir. Tanf bölgəsi, ABŞ, İngiltərə və İsrailin Suriya planlarında böyük əhəmiyyət daşıyır. Türkiyənin “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatları üzündən tamamlanmayan “terror dəhlizi” üçün yeni xətt olaraq Deyrizor və Tanf üzərindən İsrail və İordaniya sərhədləri göstərilir. Deyrizor və Tanf üzərindən Hayfa Limanına çatması planlaşdırılan neft kəməri ilə, İraq neftinin Ağ dənizə daşınması nəzərdə tutulur. Türkiyənin əməliyyatları ilə pozulan şimal xətti planından sonra B planını həyata keçirən Pentaqon, yeni terror dəhlizi üçün Tanf bazasında təlim verdiyi terrorçuları hərəkətə keçirəcək. Suriyadakı müharibəni cənuba sürüşdürəcək planlaşdırmalar, ABŞ-ın İngiltərə və Fransanın tərəfdaşlığı ilə həyata keçirdiyi raket hücumundan sonra daha da aydın görünməyə başladı.
Müxalifət.az