Suriya neftinin əsas yatağı olan Deyrizorda Ruslara qarşı bir hücum təşkil olunub.
Hücumun İŞİD tərəfindən həyata keçirildiyi açıqlansa da, ABŞ və YPG nəzarətindəki şəhərə icazəsiz bir milçəyin belə girə bilmədiyi hər kəsə bəllidir.Suriya müharibəsinə xarici qüvvələrin daxil olmasından bu yana ən böyük münaqişənin səbəbi Deyrizordaki neft yataqları olub. Davamlı olaraq Rusiya və ABŞ-ın toqquşmalarına səhnə olan Deyrizor, hazırda ABŞ-ın himayəsində olan PKK-nın nəzarəti altındadır.
Şəhərə qarşı hücumlar mütəmadi olaraq həyata keçirilsə də, dünən gecə bölgədə 5 Rus hərbi maşını partladılıb, 4 Rus əsgəri də öldürülüb. Hücumdan sonra edilən açıqlamada hücumun İŞİD-çılar tərəfindən həyata keçirildiyi qeyd olunub.
RUSİYA AD ÇƏKMƏDİ
Suriya İnsan Haqları Təşkilatı isə hadisənin çərşənbə günü baş verdiyini və hücumun İŞİD tərəfindən təşkil olunduğunu bildirib. Təşkilatın verdiyi məlumata görə, hücumda 26 Suriya əsgəri və 9 Rusiya vətəndaşının ölüb. Rusiya isə terror aktını təsdiqləsə də, hücumun İŞİD tərəfindən törədildiyini deməyib.
Rus rəhbərliyi, təcavüzü edən qrupdan da 43 nəfərin öldüyünü bildirib. ABŞ/PKK nəzarətində olan Deyrizorda, xüsusilə neft quyularına yaxın bir ərazidə İŞİD terrorçularının olması ağıllara yenə də ortada ABŞ-İŞİD əməkdaşlığının olması şübhəsini yaradıb.
DEYRİZOR ÜÇÜN İŞİD İLƏ TƏRƏFDAŞLIQ İDDİASI
ABŞ-ın söz sahibi olduğu bölgədə PKK-ya neft yataqlarını qorumağı həvalə edən Vaşinqton rəhbərliyindən icazəsiz Deyrizorda tək bir quşun uçması belə mümkünsüzdür. Xüsusilə şiddətli qarşıdurmalara səhnə olan Deyrizor vilayətində daha öncə Rusiyaya bağlı muzdlu əsgərlər və rejimin konvoyu ABŞ tərəfindən hədəf alınmış, qarşıdurmalar baş vermişdi.
Sözügedən regionda baş verən bu hadisənin İŞİD-ə bağlanması və bu yöndə verilən açıqlama, ABŞ-ın bölgədəki nüfuzunu möhkəmlətmək və nefti itirməmək üçün İŞİD ilə əməkdaşlıq etmiş ola biləcəyi iddialarını ortaya çıxarıb.
Qeyd edək ki, Suriyada ABŞ rəhbərliyi daha əvvəl də İŞİD ilə gizli anlaşma və əməkdaşlıq etmişdi.
Müxalifət.az