Kim Çen Trampı sevindirdi

Kim Çen Trampı sevindirdi backend

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) sammitlə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.

Tramp KXDR tərəfindən səmimi açıqlamar verildiyini, bunun yaxşı xəbər olduğunu bildirib. O, uzunmüddətli, davamlı tərəqqiyə və sülhlə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, mayın 24-ü Tramp Kim Çen İnlə iyunun 12-nə təyin olunmuş görüşü ləğv edib.

Bundan sonra KXDR ABŞ ilə istənilən zamanda və formatda görüşməyə hazır olduğunu açıqlamışdı.
Diaspora