Türkiyədən Ukraynaya hərbi yardım...

Türkiyədən Ukraynaya hərbi yardım... backend

Türkiyə Ukraynaya 9,3 milyon türk lirəsi (təxminən 3,3 milyon manat) ayırıb.

Ukrayna Nazirlər Kabineti bu gün rəsmi Ankaranın Kiyevə nəzərdə tutulan hərbi-maliyyə əməkdaşlıq müqaviləsini təsdiq edib.

Müqaviləyə əsasən, Türkiyə tərəfi Ukrayna ordusunun ehtiyaclarını ödəmək üçün məhsul və xidmət idxalına, ukraynalı əsgərlərin Türkiyə Silahlı Qüvvələrinin tədris mərkəzlərində qısamüddətli təhsil almasına şərait yaradacaq. Müqavilə 5 il ərzində qüvvədə olacaq.

(Axar.az)
Diaspora