Türkiyə qaziləri Azərbaycan əsgərinin şəhid olması ilə bağlı başsağlığı verdilər

Türkiyə qaziləri Azərbaycan əsgərinin şəhid olması ilə bağlı başsağlığı verdilər backend

Türkiyənin Qazilər Birliyinin İstanbul şöbəsinin sədri Ahmet Kendigel Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlunun şəhid olması ilə əlaqədar Türkiyədə səfərdə olan qazilərdən ibarət Azərbaycan nümayəndə heyətinə, Azərbaycan xalqına başsağlığı verib.

Qazilər.az bildirir ki, polkovnik Ahmet Kendigel dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlunun şəhid olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək bildirib ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.

Xatırladaq ki, Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdədir.
Diaspora