İran milisləri bir anda O BÖLGƏNİ TƏRK ETDİ

İran milisləri bir anda O BÖLGƏNİ TƏRK ETDİ backend

İranın dəstəklədiyi Şiə milisləri bir anda Hələbin o bölgəsini tərk edib.

Suriyada İranın dəstəklədiyi Şiə milisləri bir anda Hələbin cənubundakı bir bölgədən çəkilib.

"70 ZİREHLİ MAŞIN, 100-lərcə MİLİS"

Yerli mənbələrdən alınan məlumata görə, Hələbin cənubundakı El-Hader bölgəsindəki Şiə milisləri hələlik bilinməyən bir səbəbdən dolayı regionu tərk edib.
Bölgədə bəzi mənbələr 70 zirehli maşının və yüzlərlə milisin çəkildiyini bildirirlər.
Səhər saatlarında El-Hader zonasından çəkilən hərbi konvoy, Hələbin cənubundakı Azzan dağına doğru yönəlib.

"TÜRK BİRLİKLƏR ÜÇÜN ÇƏKİLİB"

Bəzi aktivistlər, son 9-cu Astana görüşlərində Əsəd rejimi və müxaliflərin nüfuz dairələrinin qərarlaşdırılması ilə Şiə milislərin çəkildiyini irəli sürüb.
Bir digər aktivistlər isə Türkiyənin Rusiya ilə koordinasiya edərək bölgəyə girəcəyi ilə bağlı çəkilmənin baş verdiyini iddia edib.

Müxalifət.az
Diaspora