Millət vəkili Qənirə Paşayeva Türk Dünyası Bacıbəy mükafatına layiq görülüb və tədbirdə Türk dünyasından gəlmiş aydınlara çağırış edib.
Beynəlxalq Türk Dünyası Bacıbey Festivalı çərçivəsində mükafatı millət vəkili Q.Paşayevaya təqdim edən Meram bələdiyyə başqanı Fatma Toru Q.Paşayevanı Türk dünyasına göstərdiyi xidmətlərdən, Türk mədəniyyəti, ədəbiyyatı, sənətinə xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən, Türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, Türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müdafiəsi istiqamətində addıımlarından dolayı bu mükafata layiq görüldüyünü bildirib.Konyada Türkiyənin və Türk dünyasının bir sıra rəsmi şəxsləri, yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınların iştirakı ilə keçrilən festival çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara təşəkkürünü bildirib. Bacıbəy anlayışının qədim tariximizdə böyük yeri olduğunu və qadınlarımızın tariximizin bütün mərhələlərində millətimizin inkişafı istiqamətində oynadığı böyük roldan danışan millət vəkili Türk Dünyasında Bacıbəy mükafatının onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydın qadınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır.
Qənirə Paşayeva çıxışıında “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. “Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl festivalları işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”. Millət vəkili Türk dünyasının yaşadığı acılardan da geniş danışıb və bildirib ki harada doğulub harada yaşamamızdan asılı olmayaraq qardaş-bacılarımızla bağlı məsələlərdə hər zaman duyarlı olmalıyıq.
Azərbaycanın müstəqiliyyə qədər keçdiyi yoldan və bu günə qədər əldə etdiyi uğurlardan da danışan millət vəkili Q.Paşayeva bildirib ki, bölgədə Azərbaycan və Türkiyəyə qarşı, türk toplumlarına qarşı böyük güclərin ədalətsizliyiə, oyunlarına qarşı ən yaxşı mübarizə birlikdir və biliyimizi daha da gücləndirməliyik. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistandan gəlmiş nümayəndə heyətləri ilə Suriya Türkmənləri və Krım Türklərinin təmsilçiləri ilə, tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Onlara Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyanıın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb və onlara uğurlar diləyib. Millət vəkili Q.Paşayeva Meramda fəal qadın təşkilatları, gənclər təşkilatları ilə də görüşüb və KİV-lərə geniş müsahibələr verib.
Q.Paşayeva KONTV-nin canlı yayıpmının da qonağı olub və 2 saat davam edən proqram çərçivəsində Azərbaycan, Qarabağ həqiqətlərindən geniş danışıb. Millət vəkili Q.Paşayeva həmçinin İzmitdə mükafata layiq görülüb və QHT təşkilatları ilə görüşdə onları həqiqətlərimizin yayılmasında daha fəal olmağa çağırıb. İzmitdə konfrans verən millət vəkili Q.Paşayeva Kocaeli Yazarlar və Şairlər Birliyi və Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən mükafata layiq görülüb. Görüş zamanı millət vəkili Q.Paşayeva “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb və bu birliyin daha da gücləndirilməsində aydınlarımızın, yazarlarımızın və şairlərimizin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
Millət vəkili Q.Paşayeva həmçinin İzmir Türk Ocaqları, bir sıra tanınmış QHT, qadın və gənclər təşkilatları ilə də görüşüb və Azərbaycanla əməkdaşlığın artmasının vacibliyi, Türk dünyası birliyi istiqamətində geniş fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva həmçinin Türkiyənin bir sıra KİV-lərinə geniş müsahibələr verib. Millət vəkili Q.Paşayeva İzmitdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz