Çex Respublikası İran və bir qrup dövlətlə hərtərəfli birgə fəaliyyət planını bundan sonra da dəstəkləyəcək.
Çünki bunu təsirli tədbir hesab edir.Axar.az xəbər verir ki, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın ölkənin İranın nüvə proqramının məhdudlaşdırılması sazişindən çıxması haqqında bəyanatına cavab olaraq mətbuat üçün məlumatında bildirib.
Avropa İttifaqı (Aİ) Prezident Donald Trampın müvafiq bəyanatına təəssüfləndiyini bildirir. Bu barədə Aİ diplomatiyasının Romadakı rəhbəri Federika Mogerini məlumat verib. Çexiya xarici siyasət idarəsinin başçısı Martin Stropnitskonun sözlərinə görə, onun ölkəsi bu məsələdə Aİ-nin mövqeyindən fərqlənmək istəmir, lakin Avropa İttifaqının bəyanatında Tehranla ballistik raketlərin hazırlanması kəlməsi ona yetərli deyil. Bu məsələ Çexiya XİN-i narahat etməyə bilməz.
Aİ-yə üzv dövlətlərin prezidentləri və baş nazirləri gələn həftə Sofiyada Aİ-Qərbi Balkan ölkələri sammitində ABŞ-ın İranla olan nüvə sazişindən çıxması məsələsi ətrafında vəziyyəti müzakirə edəcəklər. Bu görüşdə Çexiyanı Baş nazir Andrey Babiş təmsil edəcək.