Yəhudi Ravvindən ŞOK AÇIQLAMA:”DƏRHAL YOX OLSUNLAR”

Yəhudi Ravvindən ŞOK AÇIQLAMA:”DƏRHAL YOX OLSUNLAR” backend

Yəhudi Ravvin Weiss, “Allahdan diləyirik ki, sionist dövlət bir an əvvəl yox olub, getsin. Biz istəyirik ki, Fələstin xalqı öz torpaqlarında, dövlətini quraraq əbədi azad yaşasın” deyib.

Bu fikri Sionizm əleyhdarı Yəhudilərin qurduğu "Neturei Karta International-Jews United Against Zionism" adlı təşkilatın rəhbəri Ravvin Yisroel Dovid Weiss, İstanbul Mədəniyyət Universitetində keçirilən konfransda bildirib.

Wiess, 1948-ci ildə Fələstin əhalisinin yarısından çoxunun məcburi köç etdirildiyi və İsrailin müstəqilliyini elan etməsinin (Nakba) 70-ci ilində, Fələstin məsələsinə diqqəti çəkmək üçün yola çıxdığını xatırladaraq, İstanbuldakı görüşlərindən sonra Fələstinə gedəcəyini söyləyib.

Fələstin məsələsinin mürəkkəb və əhatəli bir məsələ olduğunu vurğulayan Weiss, bunları qeyd edib:
14 may 1948-ci il, İsrail dövlətinin qurulduğu gündür, yəni Nakba oldu və insanlıq adına son dərəcə xeyirsiz oldu və böyük fəlakət gətirdi. Bu məsələnin intellektuallar tərəfindən mütləq oxunması və araşdırılması lazımdır. Sionist ideologiya İsrail dövlətinin əsas dayağıdır və İsrail dövlətinin quruluşu ilə bağlı çox ciddi suallar vardır. İsrail dövləti Fələstin xalqına çox böyük zülm edir. Qəzzada böyük və dəhşətli bir blokada var və təəssüf ki, bəşəriyyət buna etinasız qalır. Bu münaqişənin çox böyük bir problem olduğunu görmək və anlamaq məcburiyyətindəyik. Bunu birləri din savaşı kimi göstərməyə çalışır. Bunun din ilə heç bir əlaqəsi yoxdur. Məsələ dinlərarası qarşıdurma, zad deyil, belə bir şey yoxdur".

Müxalifət.az
Diaspora