ABŞ prezidenti Donald Trampın, İran ilə imzalanan nüvə müqaviləsindən ABŞ-ın çəkiləcəyini açıqlamasından sonra Səudiyyə Ərəbistanı, neftlə bağlı yarana biləcək kəsirləri bağlamaq üçün əməkdaşlıq edə biləcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA”-ya danışan bir Enerji Nazirliyinin rəsmisi ölkəsinin, neftlə bağlı yarana biləcək kəsirlərin təsirini azaltmaq üçün, OPEK (Neft İxrac Edən Ölkələr Təşkilatı) içindən və ya xaricindən böyük istehsalçılar və istehlakçı ölkələr ilə əməkdaşlıq edə biləcəyini söyləyib.Səlahiyyətli, "ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxmasından sonra Səudiyyə Ərəbistanı, neft bazarlarında istehsalçı və istehlakçı ölkələrin xeyrinə sabitliyin qorunmasını və qlobal inkişafın davamlılığına dəstəkləməyi öhdəlik götürür" deyib.
Trampın İranla nüvə müqaviləsindən çıxmaq qərarını açıqlamasından sonra Səudiyyə Ərəbistanı, qərarı dəstəklədiyini və qərardan məmnunluq duyduqlarını açıqlayıb.
Müxalifət.az