Türkiyə nüvə anlaşmasında olsaydı, Tramp MÜQAVİLƏNİ LƏĞV EDƏ BİLMƏZDİ

Türkiyə nüvə anlaşmasında olsaydı, Tramp MÜQAVİLƏNİ LƏĞV EDƏ BİLMƏZDİ backend

ABŞ prezidenti Trampın pozduğu nüvə müqaviləsinin memarı Türkiyədir. Keçmiş ABŞ prezidenti Obama, 2010-cu ildə Türkiyənin səyləri ilə hazırlanan müqaviləni rədd etmiş, illər sonra Türkiyəni oyundan kənar buraxaraq, İranla masaya oturdu.

Əgər Obama, Ərdoğanın sabiq İran prezidenti Əhmədinecatla imzaladığı müqaviləni qüvvədə saxlasaydı, bu gün Trampın müqaviləni ləğv etmək üçün uran deyə bir əsası olmayacaqdı.

TÜRKİYƏ KƏNARDA SAXLANMASAYDI..

Tramp, bu gün müqaviləni İranın gizli nüvə fəaliyyətlərini əsas göstərərək pozdu. İddia etdiyi o fəaliyyətlər İranın uranı idi.
Halbuki Obama, 2010-cu ildə Türkiyənin memarı olduğu müqaviləni Türkiyəni yan keçmədən qəbul etsəydi, bu gün Trampın uran deyə bir bəhanəsi olmayacaqdı. Çünki Türkiyənin 17 may 2010-cu ildə imzaladığı sənəddə uranın mübadiləsi də yer alırdı. Və mübadilənin ünvanı da İstanbul olacaqdı.
Bu gün gəlinən nöqtə açıq şəkildə onu göstərir ki, Yaxın Şərqdə Türkiyənin olmadığı heç bir layihənin sağlam şəkildə aparılması çox çətindir.

Müxalifət.az
Diaspora