Qara dənizdə NATO tarixinin ən böyük hərbi təlimlərinə başlayıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, “Dəniz qalxanı – 2018” (“Sea Shield 2018”) adlanan təlimlər Rumıniyanın Qara dəniz sahillərində keçirilir.Bu gün başlayan təlimlər mayın 9-dək davam edəcək. Təlimlərdə Türkiyə, Bolqarıstan, İspaniya, Rumıniya, İngiltərə, ABŞ və Yunanıstan Silahlı Qüvvələri iştirak edir.
Təlimlərdə məqsəd NATO-nun döyüş qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, alyans il ərzində 106 hərbi təlim keçirməyi planlaşdırır.