Yaxın Şərqdə vəziyyəti DƏYİŞDİRƏCƏK HADİSƏ: MÜHARİBƏ BAŞLAYA BİLƏR

Yaxın Şərqdə vəziyyəti DƏYİŞDİRƏCƏK HADİSƏ: MÜHARİBƏ BAŞLAYA BİLƏR backend

Livanda İranın dəstəklədiyi Hizbullahın parlament seçkilərində uğur qazanmasından sonra İsrailin təhsil naziri Nafta Bennettden ilk açıqlama verilib.

Twitter hesabından açıqlama verən nazir Nafta Bennet, "Hizbullah bərabərdir Livan" - deyib. İsrailin bundan sonra Livan və Hizbullah arasında fərq qoymayacağını bildirən nazir Nafta, İsrailə qarşı hər hansı bir hücumda Livanı məsul tutacağını bildirib.

İSRAİLİN HÜCUM RİSKİ ARTIB

ABŞ və İsrailin beynəlxalq platformalarda terror təşkilatı olaraqk gördüyü Hizbullahın Livandakı seçkilərdə böyük nailiyyət əldə etməsi Yaxın Şərqdə yeni proseslərin baş verəcəyini göstərir. Seçkilərdən sonra prosesə qiymət verən siyasi analitiklər, bu dəyişiklikdən sonra zaman zaman Livanda Hizbullahı vuran İsrailin bu siyasətini daha da sərtləşdirəcəyini və bölgədəki hücumların sayının artacağını irəli sürüblər.

BÖYÜK BİR MÜHARİBƏ BAŞLAYACAQ

Qeyd edək ki, ötən aprel ayında İsraildə fəaliyyət göstərən “Al Masdar” xəbər saytına danışan İsrailin baş qərargah rəisi Gadi Eizenkot," 2018-ci ildə Livan Hizbullahı ilə böyük bir müharibə başlayacaq. Bu müharibə son üç il içərisindəki münaqişələrdən daha fərqli olacaq. Çox ehtimal ki, bu müharibəyə də mən rəhbərlik edəcəyəm" demişdi.

Müxalifət.az
Diaspora