Rusiya əleyhinə vahid ittifaq yaradılır

Rusiya əleyhinə vahid ittifaq yaradılır backend

Britaniya hökuməti bütün beynəlxalq ittifaqların xətti ilə Rusiyaya qarşı vahid alyans siyasəti yürütmək niyyətindədir.

Bu barədə “The Guardian” məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Məlumata görə, Birləşmiş Krallığın xarici işlər naziri Boris Conson NATO və Avropa İttifaqı toplantılarında, həmçinin “Böyük iyirmiliyin” və “Böyük yeddiliyin” sammitlərində “Rusiya təxribatları” mövzusunu qaldıracaq.

Britaniya hökumətinin Solsberidə keçmiş rusiyalı casusun zəhərlənməsi və Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə faktlarını önə çəkəcəyi bildirilir.

Bir sözlə, London Rusiyaya qarşı geniş əhatəli strategiya gerçəkləşdirmək niyyətindədir.

Bu mürəkkəb strategiya Rusiyanın kiberhücumlarından qorunma yollarını, Rusiya təhdidlərinə qarşı NATO-nun siyasətini, Rusiyalı iş adamlarına qarşı yeni sanksiyaları, Rusiya dezinformasiyasına qarşı mübarizədə kompleks yanaşmanın problemlərini əhatə edəcək.(oxu.az)
Diaspora