ABŞ ordusu Texasda qərarlaşan birinci zirehli tank briqadasını Polşaya göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayılıb.Briqada Rusiya ilə sərhəd ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsini nəzərdə tutan “Atlantic Resolve” əməliyyatı çərçivəsində Polşaya göndərilib.
Tank briqadası gələn ayın əvvəlində “Saber Strike” təlimlərində iştirak edəcək.