Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.
Qaziler.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.