Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarla ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Danford arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu regional təhlükəsizliyin təminatı sahəsində iki ölkənin əməkdaşlığı məsələləri olub.