Ərdoğan əleyhinə SEÇKİ “İTTİFAQI” LAYİHƏSİ BAŞ TUTMADI

Ərdoğan əleyhinə SEÇKİ “İTTİFAQI” LAYİHƏSİ BAŞ TUTMADI backend

CHP, Səadət Partiyası və İYİ Partiyası arasında zamana qarşı yarışa çevrilən axtarışlar dünən də davam edib.

İYİ Partiyasının baş katibi Aydın Çıray və başqan köməkçisi Musavvat Dervişoğlu, Səadət Partiyasının ofisində SP başqanı Karamollaoğlu ilə görüşüb.

17 dəqiqə çəkən görüşmədə İYİ Partiyasının başqanı Akşənər, Abdulla Gülün lehinə namizədlikdən geri çəkilməyəcəyini bildirmişdi. Karamollaoğlu İYİ Partiyanın ittifaq təklif etdiyini, ancaq onları yarı yolda qoyduğunu söyləyib.

AKŞƏNƏRİ VAZ KEÇİRƏ BİLMƏDİ

Karamollaoğlu, "İttifaqı siz istədiniz, siz də pozursunuz" - deyib. Karamollaoğlu, Akşənər namizədlikdən çəkilməsə ittifaqın mümkün olmayacağını bildirib. Çıray isə, "Bizim namizədimiz Akşənərdir" deməklə, kifayətlənib.

15 VƏKİL TƏHDİDİ

Beləliklə, Akşənərin namizədlikdən geri çəkilməyəcəyi ilə bağlı israrı birgə prezident namizədindən sonra deputatlıq ittifaqını da dağılma nöqtəsinə gətirib. SP ilə İP arasında böhranın bir bənzəri mümkün ittifaqın böyük partnyoru CHP ilə İP arasında da baş verib. Akşənərin seçkilərə girməsi üçün 15 millət vəkilini sərəncamla bu partiyaya göndərən CHP, bu vəkilləri Akşənərin namizədlikdən çəkilməsi üçün kozır kimi istifadə edir. Akşənər çəkilərsə, 15 deputat İYİ Partiyada qalacaq, çəkməsə, vəkillər CHP-yə qayıdacaq.

Müxalifət.az
Diaspora