Rusiya ilə gizli anlaşma imzaladağımıza dair heç bir sübut yoxdur.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin 2016-ci ildəki prezident seçkilərinə müdaxilə iddialarına dair hesabatına münasibət bildirərkən deyib."Kəşfiyyat Komitəsinin hesabatı dərc olunub. Trampın seçki qrupunun Rusiya ilə gizli müqavilə imzaladığına, koordinasiyalı hərəkət etdiyinə və ya sui-qəsd planlaşdırdığına dair heç bir sübut yoxdur", - Tramp söyləyib.