Rus deputatların İrəvana niyə gəldiyi bəlli oldu

Rus deputatların İrəvana niyə gəldiyi bəlli oldu backend

Rusiyalı deputatlar İrəvanda Ermənistan parlamentinin sədri Ara Babloyanla görüşüblər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İrəvana gedən nümayəndə heyətinin rəhbəri Leonid Kalaşnikov deyib. O, görüşdə əsas müzakirə mövzusunun strateji tərəfdaşlıq məsələlərinin olduğunu bildirib. Kalaşnikov erməni deputatlarla görüş keçirildiyini və Ermənistandakı situasiyanın da müzakirə edildiyini deyib:

“Biz erməni həmkarlarımıza bu məsələlərlə bağlı məsləhət verə bilmərik. Bu, ermənilərin öz işləridir. Biz ümid edirik ki, bu olaylar müttəfiqlik münasibətlərimizə zərər verməyəcək”.

Kalaşnikov sabah Ermənistan parlamentinin bütün fraksiyaları və Erməni Apostol Kilsəsinin rəhbəri ilə görüşəcəklərini də açıqlayıb.
Diaspora