Qazaxıstan Rusiyanı arxayın etdi: Yalandır

Qazaxıstan Rusiyanı arxayın etdi: Yalandır backend

Qazaxıstan ərazisində heç bir ABŞ bazası açılmayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Rusiyadakı səfirliyi yayıb. Səfirlik Rusiya mətbuatının bu barədə yaydığı məlumatın həqiqətə uyğun olmadığını və Qazaxıstanın ABŞ-la imzaladığı müqavilənin yalnız ABŞ-ın xüsusi yüklərinin Əfqanıstana daşınmasıyla bağlı olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Qazaxıstan Senatı ABŞ hərbçilərinin Xəzər dənizindəki Kurık və Aktau limanlarından Əfqanıstana tranzit kimi istifadə etməsi haqqında razılaşmanı təsdiqləyib. Tərəflər arasında razılaşma 2017-ci ilin 21 sentyabrında Nyu Yorkda imzalanıb. Müqaviləyə əsasən ABŞ yükləri Azərbaycandan Qazaxıstana, oradan da Əfqanıstana daşınmalıdır. Qazaxıstan və ABŞ müqavilənin təsdiq olunması üçün 2013-cü ildən bu yana danışıqlar aparırdılar.
Diaspora