Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur ermənilərin Tehranda keçirdiyi aksiyaya etiraz edərək, İran dövlətinin türklərlə bağlı ikili siyasət yürütdüyünü deyib.
Axar.az xəbər verir ki, millət vəkili bu barədə parlamentin plenar iclasında danışıb. O, hökumətin bu siyasətini sərt şəkildə tənqid edib:“Ermənilərə aksiya keçirmək üçün icazə verilir, lakin biz türklərə icazə verilmir”.
Azərbaycanlı deputat Daxili İşlər Nazirliyindən ən azı Beynəlxalq Əmək Günündə fəhlələrin aksiya keçirməsinə icazə verməsini tələb edib.