İsrailin S-300 qorxusu: bütün vasitələrdən istifadə edəcək ki...

İsrailin S-300 qorxusu: bütün vasitələrdən istifadə edəcək ki... backend

Rusiya Suriyaya S-300 göndərərsə, İsraillə olan güc tarazlığı Təl-Əvivin əleyhinə dəyişəcək.

Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı politoloq Hümeidi Əbdallah bildirib.
Əbdallah İsrailin hər vəclə S-300-lərin Suriyaya daşınmasına əngəl olacağını söyləyib: "İsrail faktoru bu müqavilənin həyata keçirilməsinə böyük ölçüdə təsir edir. Təl-Əviv həmin müqavilənin həyata keçirilməsini pozmağa və ya təxirə salmağa çalışacaq. Suriyadakı S-300-lər Ərəb-İsrail münaqişəsi, işğal olunmuş Qolan təpələrindəki vəziyyət daxil olmaqla bütün bölgədəki güc tarazlığına təsir edəcək. Dəməşq isə bununla bağlı bütün hesabları ödəməyə hazırdır".
Qeyd edək ki, ötən gün İsrail Müdafiə naziri Aviqdor Liberman S-300-lərin özlərinə qarşı istifadə ediləcəyi halda, Rusiyanın raket əleyhinə müdafiə sistemlərini məhv edəcəklərini söyləyib.
Diaspora