Terror təşkilatı PKK-nın rəhbər heyətindən olan Cəmil Bayık, təşkilat havadarlarına müraciət edib.
Bayık "Ərdoğan - Baxçalı ittifaqına qarşı birləşsək həm daxildə, həm də beynəlxalq aləmdə böyük dəstək görərik" deyə, söyləyib.Terror təşkilatı PKK-nın rəhbərlərindən olan terrorçubaşı Cəmil Bayık, AK Partiya və MHP-nin arasındakı ittifaqa qarşı birləşmə çağırışı edib. Terrorçu Bayık, terror havadarlarından “Cümhur” ittifaqı qarşısında qurulacaq hər cür ittifaqın dəstəklənməsini istəyib.
“Ərdoğan və Baxçalı ilə birlikdə mübarizə aparacağıq" deyən terrorçubaşı, “Cümhur” İttifaqına qarşı birləşənlərə xarici qüvvələrin də dəstək verəcəyini deyib.
Terrorçubaşı Bayıkın açıqlamaları FETÖ-PKK kimi terror təşkilatlarının və içəridəki çıxıntılarının eyni anda hərəkətə keçərək “Cümhur” İttifaqına qarşı necə birləşdiyini də gözlər önünə sərib.
Müxalifət.az