ABŞ bu silahla Rusiyanı çökdürəcək – Yeni layihə

ABŞ bu silahla Rusiyanı çökdürəcək – Yeni layihə backend

ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” şirkəti ilə yeni hipersonik qanadlı raket prototipinin yaradılması istiqamətində müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, gələcəkdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin sözügedən raketlərlə təchiz edilməsi planlaşdırılıb.

Müqaviləyə əsasən, Pentaqon şirkətə 928 milyon dollar vəsait ayırmağa hazır olduğunu bildirib, lakin müqavilənin müddəti açıqlanmayıb.

Sözügedən layihə ABŞ-ın hipersonik silah yaratmaq sahəsində gördüyü 2 tədbirdən biri sayılır. 2023-cü ilə qədər hipersonik silah prototipinin yaradılmasını nəzərdə tutan digər proqram – ABŞ Hərbi Hava Qüvvələri və Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsinin (DARPA) birgə layihəsidir.
Diaspora