İranın baş diplomatından ABŞ-a xəbərdarlıq: “Tehran bir sıra tədbirlər görəcək”

İranın baş diplomatından ABŞ-a xəbərdarlıq: “Tehran bir sıra tədbirlər görəcək” backend

Zərif: “Bu amerikalılar üçün heç də ürəkaçan olmayacaq”

“Əgər ABŞ İranla bağlanmış nüvə sazişindən imtina etsə, Tehran bir sıra tədbirlər görəcək”.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. İranlı nazir Amerikaya bu addımın çox pis nəticələr verəcəyilə bağlı xəbərdarlıq edib.

“ABŞ İranın nüvə proqramına dair sazişi tərk edəcəyi təqdirdə, Tehran öz maraqlarına uyğun şəkildə addımlar ataraq, lazımi tədbirlər görəcək. İranın görəcəyi tədbirlər və beynəlxalq ictimaiyyətin reaksiyası amerikalılar üçün heç də ürəkaçan olmayacaq”, - deyə M.Zərif bildirib.

Qeyd edək ki, İranın nüvə razılaşması 2015-ci ilin iyul ayında İran ilə Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
Diaspora