Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə bağlı başsağlığı verib.
Qaziler.az saytı Lent.az.-a istinadən bildirir ki, dövlət başçısının başsağlığında deyilir: “Yüksək nüfuz sahibi, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz Al Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanın tarixində silinməz iz qoymuşdu. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdır. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri olub. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.