Almaniyada “Erməni soyqırımı” ABİDƏSİ UCALDILIB

Almaniyada “Erməni soyqırımı” ABİDƏSİ UCALDILIB backend

Almaniyanın Köln şəhərində iki Alman tərəfindən düzəldilən qondarma “Erməni soyqırımı” abidəsi ucaldılıb.

Almaniyanın Köln şəhərində qanunsuz olaraq “Erməni soyqırımı”nı təmsil edən bir abidə ucaldılıb.

ALMAN POLİSİ QALDIRMIR


Ştefan Kaiser və Maks Scholz adlı iki Alman tərəfindən düzəldilən və qanunsuz olaraq ucaldılan abidə bələdiyyə əməkdaşları və polis tərəfindən ləğv olunması gözlənilərkən məhkəmədən qaldırılmayacağı barədə xəbər gəlib.

MƏCLİSİN GÜNDƏLİYİNDƏDİR, AMMA..

Şəhər parlamentindəki bəzi siyasətçilərin qeyri-qanuni şəkildə tikilən abidənin rəsmi olaraq qala bilməsi üçün məsələni parlamentin gündəminə gətirəcəyi bildirilib.
200 kilo ağırlığında, 1.5 metr hündürlüyündə olan abidə, piramida şəklində qurulub.
Təpəsində bir ədəd çatlamış nar olan qanunsuz abidənin üzərində isə Türkcə, Ermənicə, Almanca və İngiliscə "Bu dərd hamımızındır" yazılıb.

Müxalifət.az
Diaspora