Prezident Səudiyyə Ərəbistanı Krallığının nazirini qəbul etdi

Prezident Səudiyyə Ərəbistanı Krallığının nazirini qəbul etdi backend

İlham Əliyev mayın 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

QAZİLER.AZ -ın Azərtac-a istinadən məlumatına görə, İlham Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin yaxın dostluq münasibətlərinə əsaslandığını və əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayaraq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edib.

Dövlət başçısı ölkələrimiz arasında investisiya qoyuluşu, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, neft-kimya, turizm, inşaat, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu və Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.

Tofiq Bin Fauzan Ər-Rəbiə Bakıda gedən sürətli inkişaf proseslərinin, şəhərin abadlaşdırılmasının, ən müasir infrastrukturun yaradılması və digər sahələrdə görülən işlərin onlarda dərin təəssürat yaratdığını , o cümlədən iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması baxımından önəmini vurğulayıb.
Diaspora