Mariya Zaxarova: ABŞ-ın Qafqazdakı bioloji laboratoriyaları...

Mariya Zaxarova: ABŞ-ın Qafqazdakı bioloji laboratoriyaları... backend

Rusiya keçmiş sovet məkanında ABŞ hərbi orqanlarının tibbi-bioloji fəallığı haqda məlumatı diqqətlə izləyir.

Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Keçmiş sovet məkanında Amerikanın fəaliyyətinin miqyası təşviş yaradır. ABŞ Pentaqon tərəfindən maliyyələşdirilən proqramlar vasitəsilə Zaqafqaziyada və Mərkəzi Asiyada mikrobioloji laboratoriyalar şəbəkəsi yaradır.

Buna 2013-cü ildə Tbilisi ətrafındakı Alekseyevka qəsəbəsində xüsusi təhlükəli xəstəliklərin törədiciləri ilə sınaqlar aparmağa imkan verən üçüncü dərəcəli bioloji müdafiə laboratoriyasının açılışını misal gətirmək olar. İndi bura R.Luqar adına Tədqiqat Mərkəzidir”, -deyə Zaxarova brifinqdə qeyd edib.

(Oxu.Az)
Diaspora