Bu, Rusiyaya sinqaldır: nəticəsi olmasa... - ABŞ

Bu, Rusiyaya sinqaldır: nəticəsi olmasa... - ABŞ backend

Rusiyanı özünü Qərbdən təcrid edir.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən rəsmi nümayəndəsi deyib.

“Biz Rusiya hökumətinin öz fəaliyyətlərinə görə məsuliyyəti üzərinə götürməməsindən təəssüflənirik. Rusiya Qərbdə demokratik proseslərin kiberhücumlar və dezinformasiyalar yoluyla dağıdılması üçün aqressiv davranış nümayiş etdirir”, – deyə o bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar Rusiya üçün siqnaldır:

“Rusiyanın ABŞ-a və müttəfiqlərinə qarşı fəaliyyəti daima dəstəklənən aqressiyanın bir parçasıdır. Bu aqressiya bir müddət əvvəl baş verən hadisələrdən daha əvvələ gedir. Rusiya hakimiyyətinin anlamalı olduğu siqnal belədir: onun zərərli addımları əhəmiyyətli nəticələrə gətirib çıxaracaq”.

O, antirusiya sanksiyalarına rəğmən Vaşinqtonun Moskva ilə dialoqu davam etdirmək tərəfdarı olduğunu bildirib.
Diaspora