Dünya nəhənglərinin səssiz müharibəsi... - ANALİZ

Dünya nəhənglərinin səssiz müharibəsi... - ANALİZ backend

Dünyanın iqtisadi nəhəngləri olan ABŞ və Çin arasında müharibə genişlənməkdədir.

Söhbət ildə 10 milyardlarla dolların itirilməsindən gedir. Bu məsələ dünya iqtisadi sisteminin taleyini həll edə bilər.
Bu qarşıdurmanın maraqlı detalları var. Məsələn, hansı sahələrdə və niyə iki fövqəldövlət bir-birini vurur? Qısa cavab belədir: Onlar texnoloji üstünlük uğrunda çarpışır və biri-birilərini pul vasitəsilə sıxışdırmağa çalışırlar.
Bəziləri ümid edir ki, Çin və ABŞ-ın bəyan etdiyi gömrük tarifləri tətbiq edilməyəcək və bəyanatlar kağız üzərində qalacaq. Yəni, hələ ki, söhbət kimin birinci geri çəkiləcəyindən gedir. Ancaq ABŞ fond bazarı müsbətə doğru heç nəyə ümid etmədiyi üçün çətinliklərə hazırlaşır.

İlk olaraq ABŞ və Çin isinmə hərəkətlərinə başladı. ABŞ Çindən alüminium və polad, Çin isə ABŞ-dan donuz əti və bəzi qida məhsulları idxalına gömrük vergisi tətbiq etdiyini açıqladı.
Sonra iki yeni siyahı peyda oldu. Hazırda vəziyyət daha da qəlizləşib. ABŞ Çinlə ticarət həcmini 60 milyard dollar azaltmaq niyyətindədir.
Amerika hücum etdi, Çin isə sadəcə müdafiə olundu və cavab verdi. ABŞ zərbələrini yerli nümayəndələr tərəfindən hazırlanmış “Çində hazırlanıb – 2025” proqramı üzrə həyata keçirir. Bütün bunlar ABŞ tərəfindən təhdid və ədəbsizlikdir.
Ağ Evin ticarət məsələləri üzrə müşaviri Piter Navarro verdiyi açıqlamalardan birində deyib:
“Çin bütün dünyaya cəsarətlə bəyan edir ki, biz gələcəkdə yaranacaq sahələrin hər birində üstün olacağıq. Sizin iqtisadiyyatınızın isə gələcəyi yoxdur”.
Bax, ABŞ da Çinin bu istəyinə çatmaması üçün bütün üsullardan istifadə etmək niyyətindədir. Bu, dünya ticarət qanunlarına zidd olsa da, centlmenlər qaydaları yalnız oyunun gedişində dəyişmək fikrindədirlər.
Pekin “dərhal ağır cavab ver” prinsipi ilə hərəkət edir. Çinin cavabı ABŞ üçün həqiqətən ağır oldu. Bu ölkə ABŞ-dan gətirilən bir çox kənd təsərrüfatı məhsullarına və avtomobillərin idxalına vergi tətbiq etdi. Bu isə Trampın seçiciləri olan “qırmızı ştatlar”a təsir etdi.

Çin hökuməti hazırda yerli bazarda ABŞ-ı əvəz edə biləcək şirkətlərin siyahısını tərtib edir. Belə ölkələr çoxdur. Siyahının ən başında Rusiya dayanır.
Müharibənin hansı nəticələr verəcəyi dəqiq bilinməsə də, bunun qlobal bazarların yenidən bölüşdürməsinə səbəb olacağı dəqiq məlumdur.

Muxalifet.az
Diaspora