İsrail qətliam edir, QƏZZALILAR isə...

İsrail qətliam edir, QƏZZALILAR  isə... backend

Fələstinlilər ötən cümə Qəzza sərhədində on minlərin iştirakı ilə təşkil etdikləri və 22 mülki vətəndaşın şəhid edildiyi Böyük Qayıdış Yürüşünü bu gün də davam etdirməkdə qərarlıdır.

İsrailin blokadası altında 2006-cı ildən bəri böyük bir humanitar böhran yaşayan iki milyon əhalisi olan Qəzza Zolağında on minlərlə adam ötən həftə olduğu kimi, bu həftə də sərhədə gedərək səslərini dünyaya çatdırmağa çalışacaq.
Qeyri- qanuni blokadanın götürülməsini və İsrailin qəsb etdiyi torpaqlarına geri dönmək haqlarının verilməsini tələb edən Fələstinlilər, bu gün keçiriləcək nümayişlərə "atəş cüməsi" adını verib. Səhər saatlarından etibarən minlərlə Fələstinli sərhədə yürüş etməyə başlayıb.
İsrail ordusu Qəzza sərhədində bu gün keçiriləcək aksiyalara 50 min adamın qatılmasının gözləndiyini açıqlayıb.

İsrail "vur" əmrindən geri addım atmır

Fələstinlilərin təşkil etdiyi bu qanuni və dinc nümayişlərə qarşı İsrailin göstərdiyi sərt mövqe isə davam edir. İsrail ordusu beynəlxalq ictimaiyyətdən gələn bütün təpkilərə baxmayaraq, əsgərlərə verdiyi "sərhədə yanaşanı gerçək gülləylə vurun" tapşırığından geri addım atmır.

Müxalifət.az
Diaspora