Ərdoğan Ankarada Putinlə keçirdiyi görüşdən sonra S-400 raket əleyhinə müdafiə sistemləri ilə yanaşı, Rusiya ilə müdafiə sənayesi sahəsində başqa müqavilələrdə də imzalaya biləcəklərini deyib.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasından Beynəlxalq İqtisadi Münasibətlər İnstitutundan Viktor Nadein-Rayevski məsələ ilə bağlı açıqlama verib: ”S-400lər satdığımız yeganə silahlar deyil. Türkiyə ilə S-400 üzərindəki əməkdaşlığımız, ABŞ-ın F-35 təyyarələrinin satın alınması mövzusunda sual işarələri yaradır. ABŞ təyyarələrin Türkiyəyə göndərilməyəcəyi istiqamətində təhdid edir. Bu arada Türkiyə, Rusiya müdafiə sistemi alan ilk ölkə deyil. Yunanıstan, daha əvvəl S-300 sistemini almış və Kiprə yerləşdirmişdi” deyə Viktor Nadein-Rayevski əlavə edib.
Rayevski, Türkiyənin zirehli maşınların alıb almayacağı istiqamətindəki suala “Bu texnikalar Türkiyədə kifayət qədər var. Özləri bunları istehsal edə bilərlər”, – deyə bildirib.
Rayevski, Türkiyənin maraqlanacağı silahlarla bağlı “Raket əleyhinə müdafiə sistemləri, çox lüləli minaatanlar… Rusiyada istehsal olunan bu silahlar, xüsusiyyətləri baxımından düşmənlərimizin sistemlərindən geridə deyil” ifadələrini işlədib.