Azərbaycandan olan bu erməni... – Kiyevdən rəsmi açıqlama

Azərbaycandan olan bu erməni... – Kiyevdən rəsmi açıqlama backend

Ukrayna xüsusi xidmət orqanları 2017-ci ilin oktyabrında Kiyevdə təşkil edilən partlayışın təşkilatçısının adını müəyyən edə bilməyib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik rəhbərinin müavini Viktor Kononenko deyib.

“Cinayətin təşkilatçısı kişi cinsinin nümayəndəsidir. Onun adını müəyyən etmək olmayıb, amma Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməkdaşıdır. Ukraynada keçən ilin sentyabr və oktyabrında olub və teraktın digər iştirakçıları ilə görüşüb. Teraktı həyata keçirənlər əslən Azərbaycandan olan Aleksandr Qriqoryan və Volından olan İqor Lisakdır. Onlar hər ikisi hazırda axtarışdadır və Rusiyada gizlənirlər. Teraktın digər iştirakçısı Mixail Myatnıx isə saxlanılıb”, – deyə o bildirib.

Qeyd edək ki, Kiyevdə keçən ilin oktyabrında baş verən terakt zamanı deputat İqor Mosiyçuk və politoloq Viktor Bal yaralanıb.

Diaspora