ABŞ, Avropa Birliyi və NATO Türkiyəni cəzalandırmalıdır.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Yerusalem Post” qəzetində çağırış edilib.Məlumata görə, nəşrin müəllifi Yakov Katzın yazısında Türkiyə hədəf kimi seçilib. Türkiyənin bölgədəki fəaliyyətinin İsrailin mənafeyi ilə toqquşduğunu bildirən Katz, bu fəaliyyətlərin dərhal dayandırılmalı olduğunu vurğulayıb:
“NATO müttəfiqi olan Türkiyə Ərdoğanın idarəsi altında ABŞ-dan hərbi dəstək alır. Bu yardımlar kəsilməlidir”.
ABŞ-ın hərbi yardımı dayandırmasının kifayət etməyəcəyini qeyd edən Katz, həmçinin Avropa Birliyinin üzvlük müzakirələrini vaxt itirmədən dayandırması və Türkiyənin NATO üzvlüyündən çıxarılması barədə çağırış edib. Müəllifin fikrincə, bu sanksiyalar vasitəsilə Türkiyəni çökdürmək mümkün olacaq.