Bakı Tehranın bu istəyini yerinə yetirə bilər – ŞƏRT NƏDİR?

Bakı Tehranın bu istəyini yerinə yetirə bilər – ŞƏRT NƏDİR? backend

İranın Naxçıvan məsələsi ilə bağlı müəyyən nigaranlığı var.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakıya, daha sonra isə Naxçıvana səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq səfərin bir sıra siyasi motivlərdən qaynaqlandığını qeyd edib:
“Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə problem yaranacağı təqdirdə Türkiyə hərəkətə keçəcək. Son zamanlar isə Türkiyənin Naxçıvanda hərbi bazalar açdığına dair şayiələr yayılıb. Əslində, Ruhani Naxçıvana səfər etməli idi, ancaq sonradan planda dəyişiklik oldu. Düzdür, Azərbaycanın Naxçıvanda Türkiyənin hərbi bazasını açmaq fikri var. Ancaq Türkiyə NATO dövləti olduğundan alyans buna icazə vermir. Hər halda Zərifin Naxçıvana səfəri sırf bununla bağlı deyil və daha maraqlı səbəblərə söykənir”.

Politoloqun sözlərinə görə, İran Araz çayının Naxçıvan hissəsindən Urmiya gölünə yeni bəndin çəkilməsi imkanlarını və bunun texniki paramentlərini nəzərdən keçirir:
“Bakı hələ buna razılıq verməyib, çünki Urmiya gölü qurumaq üzrədir. Ancaq İran Ermənistanla əlaqələri minimuma endirərsə, sözügedən ideya gerçəkləşə bilər. Bundan başqa, iranlılar Araz çayı üzərində suda dəryaça, həmçinin SES tikilməsi və suyun bir hissəsinin də Urmiya gölünə nəql edilməsi məsələsi üzərində də düşünürlər. Birinci məsələ tamamilə realdır. Ancaq ikinci məsələ hələ ki, iddia formasındadır. Bu məsələlər çiy olsa da, hər iki tərəfin mütəxəssisləri tərəfindən nəzərdən keçirilir. Yəni söhbət İran-Azərbaycan əlaqələrini daha yüksək tarixi mərhələyə qaldırmaqdan və sözsüz ki, Tehranın İrəvanla əlaqələrinin tamamilə dayandırılmasından gedir”.

Qeyd edək ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif aprelin 5-6-da Azərbaycana səfər edəcək. Zərif Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransından sonra Naxçıvana yollanacaq.

/axar/
Diaspora