ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Ağ Evə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyan Prezident Administrasiyası məlumat yayıb.Amma Ağ Ev məlumatı təsdiqləməyib.
Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov İngiltərə və ABŞ başda olmaqla Qərb ölkələrini sərt tənqid edib.
“Soyuq Müharibənin də öz qaydaları var. İndiki müharibə əvvəlki Soyuq Müharibədən daha pisdir. Müharibənin yazılmamış əxlaqi qaydaları var. Əvvəlki dönəmdə tərəflər centelmenlik göstərərək bu qaydalardan kənara çıxmazdı. İndi nə görürük? İngiltərə və ABŞ heç bir sübut göstərmədən Rusiyanı günahkar bilirlər. Böhran onlar tərəfindən uşaq oyuncağı kimi oynanılır", deyə Lavrov qeyd edib.
Xatırladaq ki, Ukraynanın Krım yarımadasının işğalı və martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsilə bağlı olaraq Rusiyaya qarşı sanksiya tətbiq edilib, diplomatları Qərb dövlətlərindən çıxarılıb.