Rusiya və NATO arasında normal əməkdaşlığın yenilənməsi Moskvanın beynəlxalq normalara əməl etmədiyi müddət ərzində qeyri-mümkündür.
Axar.az xəbər verir ki, bunu Çexiyanın “Aktualne” qəzetinə müsahibəsində NATO-nun Hərbi Komitəsinin rəhbəri general Pyotr Pavel deyib.“Biz qarşıdurmadan qaçmağa çalışırıq, amma Rusiyanın da beynəlxalq normaları pozmasını görməzdən gələ bilmərik. Konstruktiv dialoqda maraqlı idik, amma Skripal insidenti münasibətləri ciddi şəkildə çətinləşdirdi”, – deyə o bildirib.