​Moskva elan etdi – Sunami effekti YARADACAQ

​Moskva elan etdi – Sunami effekti YARADACAQ backend

Moskva Rusiya diplomatlarının deportasiyası ilə ilə Böyük Britaniyanın qərarına cavab olaraq 50-dən çox Britaniya diplomatını göndərməyə hazırlaşır.

Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya və Britaniya diplomatlarının sayı arasındakı fərq 50-dən çoxdur”, - o deyib.
Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı Yuliya İngiltərənin Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Londonun iddiasına görə, sinir-iflic maddəsi Rusiyada hazırlanıb. Rusiya tərəfi bu məsələdə bütün ittihamları rədd edib və bildirib ki, belə maddənin hazırlanması proqramları nə SSRİ, Rusiyada mövcud olmayıb.

26-29 mart tarixlərində bir neçə ölkə “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarının deportasiya olunacağını elan edib. ABŞ 60, Ukrayna - 13, Almaniya, Kanada, Polşa və Fransa - 4, Litva, Moldova və Çexiya 3, Avstraliya, Albaniya, Danimarka, İspaniya, İtaliya və Niderland 1, Belçika, Macarıstan, Gürcüstan, İrlandiya, Latviya, Makedoniya, Norveç, Rumıniya, Finlandiya, Xorvatiya, Çernaqoriya, İsveç və Estoniya isə 1 rus diplomatını deportasiya edəcək. Böyük Britaniya isə 23 Rusiya diplomatını ölkədən çıxarıb.

Martın 30-da Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, Moskva cavab olaraq qərb ölkələrinin diplomatlarını deportasiya edəcək.
“Rusiya diplomatlarını deportasiya etmiş ölkələrə güzgü kimi cavab verəcək”, - Lavrov vurğulayıb.

O dəqiqləşdirib ki, Rusiyadan deportasiya ediləcək qərb diplomatlarının sayı həmin ölkələrdən deportasiya olunan rusiyalı diplomatların sayına bərabər olacaq.
Qeyd edək ki, “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb.
Diaspora