Rusiyada həyəcan təbili – ÖLKƏ SÜRƏTLƏ BOŞALDILIR

Rusiyada həyəcan təbili – ÖLKƏ SÜRƏTLƏ BOŞALDILIR backend

Rusiyada yüksək ixtisaslı mütəxəssis və alimlərin ölkədən axını kəskinləşib. 2013-2016-cı illərdə savadlı kadrların axını 2 dəfədən çox artıb.

Muxalifet.az xəbər verir ki, bu barədə RBK Rusiya Elmlər akademiyasının rəyasət heyətinin katibi Nikolay Dolquşkinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, 2013-cü ildə Rusiyanı 20 min yüksək kvalifikasiyalı mütəxəssis tərk edib, 2016-cı ilə kimi isə bu say 44 min nəfərə çatıb.

Dolquşkinin sözlərinə görə, 1990-cı ildən bəri Rusiyada tədqiqatçıların sayı 2.7 dəfə azalıb. 2000-ci ildən etibarən tədqiqat və tərtibat işləri ilə məşğul olan personalın sayı hər il orta hesabla 1,3 faiz ixtisar olunur.

Maraq üçün qeyd edək ki, Avropa İttifaqı ölkələri və ABŞ-da əks tendensiya müşahidə olunur. Bu ölkələrdə alimlərin sayı 2-3 faiz artıb. Braziliya, Cənubi Koreya və Çin kimi ölkələrdə isə artım səviyyəsi 7-10 faiz təşkil edir.
Diaspora